Yuxarı

​Tatarıstanda yol qəzasında ölənlərin sayı 8 nəfərə çatıb - YENİLƏNİB

Ölənlərdən ikisi azyaşlılardır

Bakı. 26 iyun. REPORT.AZ/ Rusiya Federasiyasının Tatarısan Respublikasında baş vermiş yol qəzasında ölənlərin sayı 8 nəfərə çatıb. 

"Report" xəbər verir ki, hadisə zamanı xəsarət almış daha bir azyaşlı dünyasını dəyişib. 

Bununla da qəzada ölən azyaşlıların sayı 2-ə çatıb.  

***14:26

Rusiyada ağır yol qəza hadisəsi baş verib. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, hadisə Tatarıstan Respublikasında qeydə alınıb.

Belə ki, Kazan-Şemordan avtomagistralında mikroavtobus minik avtomobili ilə toqquşub. Nəticədə 6 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin regional mətbuat xidmətinin sözçüsü Marat Rahmatullinin sözlərinə görə, haddisə bu gün səhər saatlarında baş verib. Ölənlər arasında həm mikroavtobusun, həm də minik avtomobilinin sərnişinləri var.

Hadisə yerinə iki operativ xilasedici əməliyyat qrupu və tibb işçiləri cəlb edilib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi