Rusiyada yaşayan azərbaycanlı müəllimin meyiti evində tapılıb

Rusiyada yaşayan azərbaycanlı müəllimin meyiti evində tapılıb Bakı. 27 iyul. REPORT.AZ/ Rusiyanın Novosibirisk şəhərində yaşayan əslən Azərbaycanın Lənkəran şəhərindən olan, 1980-cı il təvəllüdlü Əliyev Ruslan Kərəmxan oğlunun meyiti yaşadığı evdə tapılıb.
Hadisə
27 İyul , 2018 10:12
Rusiyada yaşayan azərbaycanlı müəllimin meyiti evində tapılıb
0 : 00
0 : 00

Bakı. 27 iyul. REPORT.AZ/ Rusiyanın Novosibirisk şəhərində yaşayan əslən Azərbaycanın Lənkəran şəhərindən olan, 1980-cı il təvəllüdlü Əliyev Ruslan Kərəmxan oğlunun meyiti yaşadığı evdə tapılıb.

"Report"un əldə etdiyi məlumata görə, R.Əliyevin meyiti qonşuları tərəfindən aşkar olunub, həmin vaxt ailəsi onun qayınatasigildə olub.

Meyitin üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.

R. Əliyev orta məktəblərin birində müəllim işləyirmiş. O, ailəlidir, 2 övladı var. 

Son xəbərlər

Orphus sistemi