Rusiyada yaşayan azərbaycanlı 16,6 milyon dollarlıq fırıldaqçılıqda günahlandırılır

Rusiyada yaşayan azərbaycanlı 16,6 milyon dollarlıq fırıldaqçılıqda günahlandırılır Şübhəli şəxs saxlanılıb
Hadisə
9 Aprel , 2018 14:26
Rusiyada yaşayan azərbaycanlı 16,6 milyon dollarlıq fırıldaqçılıqda günahlandırılır

Bakı. 9 aprel. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskvada yaşayan azərbaycanlı 16,6 milyon dollarlıq fırıldaqçılıqda günahlandırılır.

Bu barədə "Report" "Moskva" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, əslən Azərbaycandan olan 68 yaşlı şəxs 2014-cü ilin iyul ayında Singapurdan olan iş adamı ilə tanış olub və onu özünün təsis etdiyi təşkilatın səhmlərinin 100% -nə sahib olduğuna inandırıb. Əslində, şirkətin səhmlərinin 25% Lenkom Dövlət Teatrına məxsus olub.

Daha sonra, fırıldaqçı həmin iş adamı ilə görüşüb və ona təşkilatın səhmlərini 16,6 milyon dollardan artıq məbləğə satıb.

Şübhəli şəxs saxlanılaraq barəsində cinayət işi açılıb. Onun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Son xəbərlər

Orphus sistemi