Rusiyada qisas zəminində qətl törətdiyinə görə azərbaycanlı saxlanılıb

Rusiyada qisas zəminində qətl törətdiyinə görə azərbaycanlı saxlanılıb Bakı. 21 iyun. REPORT.AZ/ Rusiya paytaxtı Moskvada ötən ilin sentyabr ayında qardaşı ilə birgə atasının ehtimal edilən qatilini güllələyərək öldürən azərbaycanlı saxlanılıb.
Hadisə
21 İyun , 2018 15:40
Rusiyada qisas zəminində qətl törətdiyinə görə azərbaycanlı saxlanılıb
0 : 00
0 : 00

Bakı. 21 iyun. REPORT.AZ/ Rusiya paytaxtı Moskvada ötən ilin sentyabr ayında qardaşı ilə birgə atasının ehtimal edilən qatilini güllələyərək öldürən azərbaycanlı saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "Moskva" Şəhər Xəbərləri Agentliyinə hüquq mühafizə orqanlarındakı mənbə məlumat verib.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, 2017-ci il sentyabrın 18-də axşam saatlarında Moskvanın Xarkov küçəsində yaşayış binalarının yaxınlığında başından güllə yarası almış kişi meyiti aşkar edilib. Hüquq mühafizə orqanları əməkdaşları qətl və qanunsuz silah dövriyyəsi ilə bağlı cinayət işi açıb. Öldürülən şəxs 50 yaşlı azərbaycanlı olub.

"İyunun 13-də polis əməkdaşları xüsusi təyinatlı dəstənin (SOBR) yardımı ilə 31 yaşlı azərbaycanlını saxlayıb. Onun 2017-ci ilin sentyabr ayında Xarkov küçəsində qisas zəminində Makarov tipli tapançadan atəş açmaqla bir şəxsi öldürdüyü ifşa edilib. Sonradan məlum olub ki, qətlə yetirilən şəxs 2000-ci ildə saxlanılan şəxsin atasını öldürübmüş", - mənbə qeyd edib.

O əlavə edib ki, iyunun 18-də saxlanılan şəxs barəsində qətl törətməklə bağlı cinayət işi açılıb, indi o, nəzarət altındadır, ikinci şübhəlinin yerinin müəyyən edilməsi üzrə işlər görülür.

Son xəbərlər

Orphus sistemi