​Rusiyada qırğız işçi azərbaycanlı müdirini bıçaqlayıb

​Rusiyada qırğız işçi azərbaycanlı müdirini bıçaqlayıb Qırğızıstan vətəndaşını 15 ilədək həbs cəzası gözləyir
Hadisə
11 Fevral , 2015 07:43
​Rusiyada qırğız işçi azərbaycanlı müdirini bıçaqlayıb

Bakı. 11 fevral. REPORT.AZ/ Bryansk şəhərinin Sovetski rayonunun mərkəzi bazarında keçmiş müdir və işçi arasında bıçaqlanma ilə nəticələnən münaqişə baş verib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, 43 yaşlı Qırğızıstan vətəndaşı Sovetski rayonundakı bazarda sahibi azərbaycanlı olan çörək sexinə qeyri-rəsmi işə düzəlib.

Qırğız gününə 300-500 rubl alıb. Sentyabrın əvvəlində müdir onun pulunu kəsib, ayın 30-da isə ümumiyyətlə sexi bağlayıb. O, oktyabrın 9-da bazarda keçmiş müdiri ilə rastlaşıb və 12 min rublunu tələb edib. Azərbaycanlı imtina edib və şübhəlinin sözlərinə görə, onu vurub. Təhqirə dözməyən qırğız qarpız satan dostlarından bıçaq götürərək həmyerlimizin döş qəfəsi nəhiyəsinə və əlinə xəsarət yetirib.

O, evlərdən birinin həyətində yaxalanıb. Sovetski rayon prokuroru Arkadi Laçkonun sözlərinə görə, şübhəli sui-qəsddə ittiham olunur.

Hazırda Qırğızıstan vətəndaşını 15 ilədək həbs cəzası gözləyir. Cinayət işi məhkəməyə göndərilib.

Son xəbərlər

Orphus sistemi