Rusiyada qəzaya uğramış "An-148" təyyarəsinin sərnişinləri siyahısında 1 azərbaycanlı da var - SİYAHI

Rusiyada qəzaya uğramış "An-148" təyyarəsinin sərnişinləri siyahısında 1 azərbaycanlı da var - SİYAHI Reys üçün qeydiyyatdan keçmiş sərnişinlərin tam siyahısı açıqlanıb
Hadisə
11 Fevral , 2018 19:12
Rusiyada qəzaya uğramış An-148 təyyarəsinin sərnişinləri siyahısında 1 azərbaycanlı da var - SİYAHI

Bakı. 11 fevral. REPORT.AZ/ Moskva vilayətinin Ramenski rayonunda qəzaya uğramış "An-148" təyarəsinin sərnişinlərinin tam siyahısı dərc olunub. Onların arasında 1 azərbaycanlının da adı var.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, siyahını "Ural56.Ru" portalı öz "Instagram" səhifəsinə yerləşdirib.

"Qeydiyyatdan keçən sərnişinlərin tam siyahısı. Onların hamısının təyyarədə olduğu məlum deyil", — deyə məlumatda bildirilir.

Siyahıda adı qeyd olunmuş şəxs Namiq Qəhrəmanovdur. Onun dəqiq hansı ölkənin vətəndaşı olduğu hələ məlum deyil.

Qəza Moskva vilayətinin Voskresenski rayonunun Arqunovo kəndi ərazisində baş verib.

Göyərtəsində 65 sərnişin və 6 heyət üzvünün olduğu təyyarə Moskvanın Domodedovo aeroportundan havaya qalxdıqdan iki dəqiqə sonra radarlardan itib.

Təyyarə "6W 703" saylı reys ilə Moskvadan Orenburq vilayətinin Orsk şəhərinə uçurmuş.

Aktiv transponderlər vasitəsi ilə təyyarələrin yerdəyişməsini izləyən "FlightRadar24" xidmətinin məlumatına görə, təyyarə Bakı vaxtı ilə 14:26-da birdən-birə yüksəkliyi itirib.

Qəza yerinə gələn ilk xilasedicilərin bildirdiyinə görə, təyyarənin hissələri bir-birindən təxminən bir kilometr məsafədədir.

Moskvada bir həftədir mürəkkəb hava şərait hökm sürür və bu gün səhərdən etibarən qar yağır.

Son xəbərlər

Orphus sistemi