İcra Hakimiyyəti: Rusiyada qəzada ölən və yaralanan azərbaycanlılar Ağcabədi sakinləridir

İcra Hakimiyyəti: Rusiyada qəzada ölən və yaralanan azərbaycanlılar Ağcabədi sakinləridir Ağcabədi. 6 mart. REPORT.AZ/ Rusiyada mikroavtobus qəzasında ölən və yaralanan azərbaycanlıların hamısı Ağcabədi rayon sakinləridir.
Hadisə
191
6 Mart , 2019 12:25
İcra Hakimiyyəti: Rusiyada qəzada ölən və yaralanan azərbaycanlılar Ağcabədi sakinləridir
0 : 00
0 : 00

Ağcabədi. 6 mart. REPORT.AZ/ Rusiyada mikroavtobus qəzasında ölən və yaralanan azərbaycanlıların hamısı Ağcabədi rayon sakinləridir. 

Bu barədə "Report"un Qarabağ Mərkəzinə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədov məlumat verib. 

Onun sözlərinə görə, həmin şəxslər Rusiyaya ticarətlə məşğul olmaq üçün gedirmişlər: "Mikroavtobus Ağcabədi rayon sakini Əliş Xaliq oğlu Niftəliyevə məxsusdur. O, Ağcabədi-Moskva marşrutu üzrə sərnişindaşıma ilə məşğul olub. Hazırda bu istiqamətdə araşdırmalar davam etdiririk".

Qeyd edək ki, Bakıdan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində 6 azərbaycanlı dünyasını dəyişib, 3-ü isə yaralanıb. Yaralılar Nevinnomısk xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi