Rusiyada mikroavtobus qəzasında ölən azərbaycanlıların kimliyi məlum olub, yaralıların vəziyyəti ağırdır - SİYAHI

Rusiyada mikroavtobus qəzasında ölən azərbaycanlıların kimliyi məlum olub, yaralıların vəziyyəti ağırdır - SİYAHI Moskva. 6 mart. REPORT.AZ/ Bakıdan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində 6 azərbaycanlı dünyasını dəyişib, 3-ü isə yaralanıb.
Hadisə
6 Mart , 2019 11:45
Rusiyada mikroavtobus qəzasında ölən azərbaycanlıların kimliyi məlum olub, yaralıların vəziyyəti ağırdır - SİYAHI

Moskva. 6 mart. REPORT.AZ/ Bakıdan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində 6 azərbaycanlı dünyasını dəyişib, 3 isə yaralanıb.

"Report"un Rusiya bürosu xəbər verir ki, yaralılar Nevinnomısk xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir. 

Ölən və yaralıların hamısının Ağcabədi rayonundan olduğu bildirilir. 

Bundan əlavə, qəzada ölən azərbaycanlıların kimliyi də məlum olub. Bunlar 1962-ci il təvəllüdlü Namiq Tohid oğlu Əhmədov, 1969-cu il təvəllüdlü Ələmdar Niftalı oğlu Abdullayev, 1975-ci il təvəllüdlü Rəsul Ənvər oğlu Həsənov, 1983-cü il təvəllüdlü Şəmsi Tanrıverdi oğlu İsmayılov, 1984-cü il təvəllüdlü Vüsal Alı oğlu Quliyev və 1988-ci il təvəllüdlü Xəyal Hamlet oğlu Şirinovdur

Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev "Report"un yerli bürosuna açıqlamasında qəzada ölənlərinin meyitlərinin hazırda morqda olduğunu və müəyyən prosedurlardan sonra Azərbaycana göndəriləcəyini bildirib.

İqbal Rüstəmov 

Son xəbərlər

Orphus sistemi