Rusiyada həmyerlisini öldürməkdə ittiham olunan azərbaycanlının məhkəməsi başlayıb

Rusiyada həmyerlisini öldürməkdə ittiham olunan azərbaycanlının məhkəməsi başlayıb Rusiyanın Yujno-Saxalinsk şəhərində 43 yaşlı azərbaycanlı kişi və onun 37 yaşlı rəfiqəsinin məhkəməsi başlayıb.
Hadisə
17 İyul , 2019 10:15
Rusiyada həmyerlisini öldürməkdə ittiham olunan azərbaycanlının məhkəməsi başlayıb

Rusiyanın Yujno-Saxalinsk şəhərində 43 yaşlı azərbaycanlı kişi və onun 37 yaşlı rəfiqəsinin məhkəməsi başlayıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, onlar birlikdə mənzil kirayələdikləri 55 yaşlı Azərbaycan vətəndaşını öldürməkdə şübhəli bilinirlər.

Belə ki, 2018-ci il martın 30-da Şimal şəhərciyi yaşayış massivində 37 nömrəli evdə yanğın olub. Yanğın söndürüldükdən sonra evdə şiddətə məruz qalaraq ölən kişi meyiti aşkar edilib. Ekspertlər ölümün qapalı kəllə-beyin travmaları səbəbilə baş verdiyini təsbit edib.

İstintaqın versiyasına görə, müttəhimlər və mərhum birlikdə yaşamaq məqsədi ilə mənzil kirayələyib. Onlar aralarında ev pulunun bərabər ödəniləcəyinə dair razılaşıblar. Amma zərərçəkən bir neçə ay evə görə heç bir pul ödəməyib. Davamlı mübahisələr də bir nəticə verməyib, həmkirayəşin heç nə ödəməyib.

Martın 29-da yaşanan mübahisə zamanı ona çoxlu zərbələr endirilib və nəticədə 55 yaşlı Azərbaycan vətəndaşı ölüb. Cinayəti ört-basdır etmək üçün şübhəlilər meyiti yandırıb və mənzildən qaçıblar.

Müstəntiqlər cinayət işini məhkəməyə göndəriblər.

Son xəbərlər

Orphus sistemi