Rusiyada qətl sifariş edən Azərbaycan vətəndaşı 16 il azadlıqdan məhrum edilib

Rusiyada qətl sifariş edən Azərbaycan vətəndaşı 16 il azadlıqdan məhrum edilib Bakı. 29 dekabr. REPORT.AZ/ Rusiyanın İrkutsk vilayət məhkəməsi Slüdyanka şəhərində sələmçinin qətlini sifariş verən Azərbaycan vətəndaşını 16, qətli icra edən şəxsi isə 18 il müddətinə azadlıqdan məhrum edib.
Hadisə
29 Dekabr , 2017 09:10
Rusiyada qətl sifariş edən Azərbaycan vətəndaşı 16 il azadlıqdan məhrum edilib

Bakı. 29 dekabr. REPORT.AZ/ Rusiyanın İrkutsk vilayət məhkəməsi Slüdyanka şəhərində sələmçinin qətlini sifariş verən Azərbaycan vətəndaşını 16, qətli icra edən şəxsi isə 18 il müddətinə azadlıqdan məhrum edib.

“Report” xəbər verir ki, bu barədə məlumat dekabrın 29-da İrkutsk Vilayət Prokurorluğunun saytında yerləşdirilib.

Məhkəmə müəyyən edib ki, azərbaycanlı 2017-ci ilin yanvarında sələmçiyə olan 2255 min dollar borcunu qaytarmamaq üçün əvvəllər məhkum olumuş Slüdyanka sakininə kreditoru maddi mükafat müqabilində qətlə yetirməyi təklif edib.

Onlar bu məqsədlə sələmçini olduqları mənzilə dəvət ediblər. Bu zaman icraçı dəmir boru ilə onun baş nahiyəsinə bir neçə zərbə vurub. Zərərçəkən hadisə yerində keçinib. Hadisəni törədən şəxslər onun meyitini avtomobilə qoyaraq meşəyə aparıblar və orada maşını yandırıblar.

Hər iki müqəssir cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Hökm qanuni qüvvəsinə minib.

Son xəbərlər

Orphus sistemi