Yuxarı
    Bağlamaq

    ​Rusiyada polislərə hücum edən azərbaycanlı saxlanılıb

    53 yaşlı həmyerlimiz federal axtarışda olub

    Bakı. 24 aprel. REPORT.AZ/ 16 mart 2015-ci il tarixində Rusiyanın Krasnooktyabrsk rayonu ərazisində azərbaycanlıların iştirakı ilə insident baş verib.

    "Report" "Volqa-Media"ya istinadən xəbər verir ki, yerli polis əməkdaşları cinayət işi ilə bağlı azərbaycanlı hadisə şahidini dindirməyə aparmaq üçün Poddubnoqo küçəsindəki mənzilə gəliblər.

    Lakin hadisə şahidi olan oğlan polis əməkdaşlarını görüb səs-küy salmağa başlayıb. O polisə müqavimət göstərərək qaçmağa çalışıb. Səsə onun 53 yaşlı atası gəlib. Kişi oğlunu polislərin əlindən almaq üçün çalağanla asayiş keşikçilərinin üzərinə hücum edib.

    "O, polis əməkdaşlarına yumruq-təpik atmağa başlayıb. Dava zamanı oğlan qaçmağa müvəffəq olub. Polislər onu tuta bilməyib geri qayıdıblar", - deyə Rusiya İstintaq Komitəsi İstintaq İdarəsinin Krasnooktyabrski üzrə İstintaq şöbəsinin böyük müstəntiqi Anton Kuzmin bildirib.

    Hakimiyyət nümayəndələrinə hücum edən şəxs barəsində cinayət işi qaldırılıb. Bunu eşidən vətəndaş gizlənib və o, federal axtarışa verilib. Kişi ilk vaxtlar vilayət ərazisində gizlənib, lakin sonradan aranın sakitləşdiyini zənn edib Volqoqrada qayıdıb və burada saxlanılıb.

    Həmyerlimiz aprelin 22-də istintaq şöbəsinə gətirilib. Cinayət işinin araşdırılması davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi