Rusiyada polisi vuran Azərbaycan vətəndaşı cərimə olunub

Rusiyada polisi vuran Azərbaycan vətəndaşı cərimə olunub Bakı. 26 iyun. REPORT.AZ/ Rusiyada polisi vurmaqda ittiham olunan Azərbaycan vətəndaşına hökm oxunub.
Hadisə
26 İyun , 2018 07:57
Rusiyada polisi vuran Azərbaycan vətəndaşı cərimə olunub

Bakı. 26 iyun. REPORT.AZ/ Rusiyada polisi vurmaqda ittiham olunan Azərbaycan vətəndaşına hökm oxunub.

“Report” xəbər verir ki, hadisə ötən ilin 11 oktyabr tarixində Rusiyanın Prikamye şəhərində baş verib.

Bildirilir ki, 35 yaşlı azərbaycanlı Oxansk mehmanxanasında dava edib. O, protokol tərtib olunması üçün polis bölməsinə dəvət olunsa da, bunula razılaşmayıb və polis əməkdaşının üz nahiyəsinə yumruq zərbəsi vurub. O ikinci zərbəni vurmaq istəyəndə isə qarşısı alınıb.

Məhkəmənin qərarı ilə azərbaycanlıya 30 min rubl (təqribən 500dollar) məbləğində cərimə təyin olunub.

Son xəbərlər

Orphus sistemi