Yol qəzasında ölən azərbaycanlı iş adamının sürücüsünə hökm oxundu

Yol qəzasında ölən azərbaycanlı iş adamının sürücüsünə hökm oxundu Rusiyada Çelyabinsk vilayətinin Plast şəhərinin məhkəməsi Azərbaycan əsilli tanınmış iş adamı Əlişah Süleymanovun ölümü ilə nəticələnən qəza törətməkdə təqsirləndirilən Denis Diyanov barəsində hökm çıxarıb.
Hadisə
6 Fevral , 2020 12:54
Yol qəzasında ölən azərbaycanlı iş adamının sürücüsünə hökm oxundu

Rusiyada Çelyabinsk vilayətinin Plast şəhərinin məhkəməsi Azərbaycan əsilli tanınmış iş adamı Əlişah Süleymanovun ölümü ilə nəticələnən qəza törətməkdə təqsirləndirilən Denis Diyanov barəsində hökm çıxarıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, məhkəmə ona bir il yarım müddətə azadlıqdan məhrumetmə cəzası verib.

D.Diyanov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. O həm də bu müddətdə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilib.

KİV-in məlumatına görə, D.Diyanov 13 ildən çox müddətdə Ə.Süleymanovun sürücüsü kimi çalışıb. Qəza günü onlar təhlükəsizlik kəmərlərini bağlamayıblar, buna görə avtomobil aşarkən Ə.Süleymanov salondan çölə atılıb.

Ə.Süleymanov Azərbaycanda dəfn edilib. O, ailəli və altı uşaq atası idi.

Son xəbərlər

Orphus sistemi