Yuxarı

​Rusiyada ödəmə terminalını yarmaq istəyən azərbaycanlılar yaxalanıb

Onları 5 ilədək həbs cəzası gözləyə bilər

Bakı. 17 mart. REPORT.AZ/ Rusiyanın Kursk vilayət polisi ödəmə terminalından pul vəsaiti oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən azərbaycanlıları saxlayıb.

"Report" xəbər verir ki, hadisə gecə saatlarında vilayət mərkəzinin Drujba prospektində baş verib.

Ərzaq mağazasının satıcısı hadisə yerinə polis çağırıb.

Dörd nəfər kişi alətlərin köməkliyi ilə terminalın ağzını açmağa çalışıb. Mühafizəçilər onlardan biirini saxlaya bilib, digərləri qaçıb. Lakin növbəti gün hadisənin digər iştirakçıları da həbs olunub. Onların üzərinə baxış zamanı bir ədəd pnevmatik tapança aşkar edilərək götürülüb.

"Bu işin araşdırılmasında hadisə yerindən bir qədər aralıda quraşdırılmış videomüşahidə kamerasının qeydlərindən istifadə olunacaq", - deyə Daxili İşlər Nazirliyinin Kursk şəhəri üzrə İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

Baş tutmayan oğurluq aktına görə həmyerlilərimiz 5 ilədək həbs cəzası ala bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi