Rusiyada neft emalı zavodunda yanğın olub, ölən və yaralanan var

Rusiyada neft emalı zavodunda yanğın olub, ölən və yaralanan var Yanğının söndürülməsinə 58 nəfər yanğınsöndürən və 15 ədəd texnika cəlb edilib
Hadisə
1 Noyabr , 2017 18:51
Rusiyada neft emalı zavodunda yanğın olub, ölən və yaralanan var

Bakı. 1 noyabr. REPORT.AZ/ Rusiyanın Yaroslavl neft emalı zavodunda yanğın baş verib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, yanğında bir nəfər ölüb, bir nəfər isə yaralı halda xəstəxanaya yerləşdirilib.

Yaroslavl əyalətinin Fövqəladə Hallar İdarəsinin nümayəndəsi yerli vaxtla saat 15:35-də “Slavneft-Yanos” zavodunda yanğın olması barədə məlumat daxil olduğunu bildirib.

Onun sözlərinə görə, yanğının söndürülməsinə 58 nəfər yanğınsöndürən və 15 ədəd texnika cəlb edilib: “Atmosfer-vakuum borusunda yanğın olub. Hazırda yanğının lokallaşdırılması üçün işlər görülür".

Son xəbərlər

Orphus sistemi