​Rusiyada narkotik vasitə ilə 35 yaşlı azərbaycanlı saxlanılıb

​Rusiyada narkotik vasitə ilə 35 yaşlı azərbaycanlı saxlanılıb Faktla bağlı cinayət işi qaldırılıb
Hadisə
14 Noyabr , 2015 08:51
​Rusiyada narkotik vasitə ilə 35 yaşlı azərbaycanlı saxlanılıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Noyabrın 11-də Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Peçatniki rayonu üzrə bölməsinin əməkdaşları Şosseynaya küçəsində operativ informasiyanın yoxlanılması zamanı narkotik maddələr saxlamaqda şübhəli bilinən şəxsi yaxalayıblar.

"Report" xəbər verir ki, bu barədə Cənub-Şərq inzibati dairəsi üzrə Daxili İşlər İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

Polis 35 yaşlı azərbaycanlının üzərinə baxış zamanı mənşəyi bilinməyən maddənin olduğu bağlama aşkar edərək götürüb.

Aparılan tədqiqata əsasən məlum olub ki, bu, narkotik maddə hesab edilən amfetamin olub.

Faktla bağlı cinayət işi qaldırılıb.

Son xəbərlər

Orphus sistemi