Yuxarı

Rusiyada mikrodalğalı sobada həşiş keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb

O, 10 ildən 20 ilə qədər həbs cəzası ala və ya milyon rubla qədər cərimələnə bilər

Bakı. 15 yanvar. REPORT.AZ/ Rusiyanın Narkotiklərə Nəzarət Federal Xidmətinin Sverdlovsk vilayəti idarəsinin əməliyyatçıları Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat nəticəsində 48 yaşlı Azərbaycan vətəndaşını həbs edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, "Yekaterinburq-Passajirskiy" dəmir yol stansiyasında şübhəli şəxsin çantasının və yük kimi apardığı mikrodalğalı sobanın axtarışı zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları İran mənşəli olduğu ehtimal edilən 2 kq-a yaxın həşiş aşkarlayıb. İki briket sobanın aşağı hissəsində gizlədilibmiş.

Saxlanılan şəxs barəsində "iri miqyasda narkotik satışı" maddəsi ilə cinayət işi açılıb. O, 10 ildən 20 ilə qədər həbs cəzası ala və ya milyon rubla qədər cərimələnə bilər. Şübhəli şəxs həbs edilərək Yekaterinburqdakı müvəqqəti saxlanma təcridxanasına gətirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi