Rusiyada istintaq təcridxanasında kütləvi şəkildə azərbaycanlını döyənlərə hökm oxunub

Rusiyada istintaq təcridxanasında kütləvi şəkildə azərbaycanlını döyənlərə hökm oxunub Kənan Cəlilov aldığı ağır zərbələrdən sonra koma vəziyyətinə düşüb
Hadisə
13 Aprel , 2016 13:14
Rusiyada istintaq təcridxanasında kütləvi şəkildə azərbaycanlını döyənlərə hökm oxunub

Bakı. 13 aprel. REPORT.AZ/ Novosibirskdə 1 nömrəli şəhər təcridxanasında Azərbaycan vətəndaşının kütləvi şəkildə döyülməsində iştirak edənlərə hökm oxunub.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Novosibirsk Dzerjinski rayon məhkəməsi Yevgeni Antipov, İqor Semyonov və Dmitri Maksimovu günahkar bilərək onların məhkəmə zalındaca həbs edilməsinə qərar verib.

Onlar psixi pozğunluğa səbəb olan qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə günahkar elan olunub. Məhkəmə E.Antipovu cəzasını xüsusi rejimli cəzaçəkmə koloniyasında çəkməklə 9 il 6 ay müddətinə, İ.Semyonovu cəzasını cidd rejimli cəzaçəkmə koloniyasında çəkməklə 8 il 9 ay müddətinə, D.Maksimovu isə cəzasını ciddi rejimli cəzaçəkmə koloniyasında çəkməklə 8 il 3 ay müddətinə azadlıqdan məhrum edib.

Məhkəmənin qənaətinə görə, "qanuni oğru" statusuna malik E.Antipov 1 nömrəli Novosibirsk şəhər təcridxanasında Kənan Cəlilovla münasibətləri ayırd etmək üçün sabit mütəşəkkil qrup yaradıb.

K.Cəlilovun özü etnik mütəşəkkil cinayətkar qruplarda iştirak etməkdə, həmvətənlərindən hədə-qorxu ilə pul almaqda, beş nəfərin həyatına sui-qəsd törətməkdə, qanunsuz silah saxlamaqda və başqasının sağlamlığına ziyan vurmaqda ittiham olunaraq təcridxanada saxlanılırdı. Amma 30 yaşlı Azərbaycan vətəndaşı aldığı çox saylı ağır zərbələrdən sonra koma vəziyyətinə düşərək məhkəmə önünə çıxa bilməyib.

O, artıq komadan çıxıb. Lakin kəllə sümüyünün gicgah və əmgək nahiyələrindən ağır xəsarət aldığından hələ də reanimasiyada müalicə alır.

Son xəbərlər

Orphus sistemi