Rusiyada Azərbaycanın iki vətəndaşı uzun müddətə azadlıqdan məhrum edilib

Rusiyada Azərbaycanın iki vətəndaşı uzun müddətə azadlıqdan məhrum edilib Toğrul Dadaşlı və Şahid Quliyev qabaqcadan əlbir olaraq adam oğurluğu cinayətinə görə məsuliyyətə cəlb olunub
Hadisə
28 Aprel , 2017 12:34
Rusiyada Azərbaycanın iki vətəndaşı uzun müddətə azadlıqdan məhrum edilib

Bakı. 28 aprel. REPORT.AZ/ Rusiyada Vladimir vilayətinin Aleksandrov şəhər məhkəməsinin qərarı ilə iki Azərbaycan vətəndaşı adam oğurluğu və onun əmlakını ələ keçirdiklərinə görə, uzun müddətə azadlıqdan məhrum edilib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Toğrul Dadaşlı və Şahid Quliyev qabaqcadan əlbir olaraq zor tətbiq etməklə və soyğunçuluqla adam oğurluğu cinayətinə görə, məsuliyyətə cəlb olunub.

Məhkəmə müəyyənləşdirib ki, 2015-ci ilin noyabr ayının sonlarında azərbaycanlılar bahalı xarici avtomobili olan Aleksandrov şəhər sakinini oğurlamaqdan ötrü qabaqcadan əlbir olublar. Onlar "qaraladığı" şəxsin mobil telefonunu, bank kartlarını, pulunu və "İnfiniti" avtomobilinin açarlarını əlindən alıb.

Zərərçəkən kəskin kəllə-beyin travması alıb. Ona eyni zamanda təxminən 1,5 milyon rubl məbləğində maddi ziyan dəyib.

İstintaq zamanı və məhkəmədə təqsirləndirilənlər günahlarını qismən etiraf ediblər.

Aleksandrov şəhər məhkəməsi Ş.Quliyevin 13, T.Dadaşlının isə 10 il müddətinə azadlıqdan məhrum edilməsiylə bağlı hökm çıxarıb. Onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Eyni zamanda, məhkəmə məhkumların zərərçəkənin xeyrinə 1,8 milyon rubldan çox vəsait köçürməsinə dair hökm çıxarıb.

Son xəbərlər

Orphus sistemi