Rusiyada içərisində azərbaycanlıların da olduğu mikroavtobus aşıb, 2 nəfər ölüb

Rusiyada içərisində azərbaycanlıların da olduğu mikroavtobus aşıb, 2 nəfər ölüb Daha 4 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib
Hadisə
24 İyul , 2017 02:58
Rusiyada içərisində azərbaycanlıların da olduğu mikroavtobus aşıb, 2 nəfər ölüb

Bakı. 24 iyul. REPORT.AZ/ Rusiyanın Stavropol əyalətində baş verən yol qəzasında 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə iyulun 22-si Budennovski rayonunda baş verib.

Stavropol istiqamətində hərəkətdə olan mikroavtobusun təkəri yolda buraxıb. Nəticədə, sürücü idarəetməni itirərək avtobusu yol kənarına çıxarıb və avtobus aşıb.

Qəza nəticəsində xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Mikroavtobusda rusiyalılardan savayı, sürücü daxil olmaqla, 3 Azərbaycan vətəndaşı olub.

Polisin məlumatına görə, sürücü indiyə kimi yol hərəkəti qaydalarını pozduğuna görə məsuliyyətə cəlb olunmayıb.

Son xəbərlər

Orphus sistemi