​Rusiyada həbsxana işçisinə rüşvət verən azərbaycanlıya hökm oxunub

​Rusiyada həbsxana işçisinə rüşvət verən azərbaycanlıya hökm oxunub Məhkəmənin qərarı ilə o, 500 min rubl cərimə ödəyəcək
Hadisə
27 May , 2015 22:16
​Rusiyada həbsxana işçisinə rüşvət verən azərbaycanlıya hökm oxunub

Bakı. 27 may. REPORT.AZ/ Bu günlərdə Rusiyanın Vladimir vilayətində 32 yaşlı Azərbaycan vətəndaşı Ağabala Hacıyevin məhkəməsi olub. O, rüşvət verməyə cəhddə müqəssir bilinib.

"Report" Rusiya mətbuatına istindən xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, A.Hacıyevin qardaşı Kovrovski rayonunda 4 il müddətinə həbs edilib.

O qardaşına kömək etmək qərarına gəlib. A.Hacıyev 16 aprel 2014-cü il tarixində təcridxanaya gələrək oranın dəstə rəisi ilə görüşüb və qardaşı üçün rahat şərait, əlavə imtiyazlar yaratmağı, gələcəkdə isə vaxtından əvvəl azad edilməsinə köməklik göstərməyi xahiş edib. O öz xahişinə görə, dövlət məmuruna 5 min rubl ödəyib.

A.Hacıyev 3 həftədən sonra daha 5 min rubl və bahalı spirtli içki gətirib. Lakin həbsxana əməkdaşı rüşvət barədə rəhbərliyə məlumat verib. Həmyerlimiz vətənə qaçmaq istəsə də, mart ayında Moskvada saxlanılıb.

İndi o, məhkəmənin qərarı ilə 500 min rubl məbləğində cərimə ödəməli olacaq.

Son xəbərlər

Orphus sistemi