Rusiyada həbs edilən şəxsin cəzası Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılıb

Rusiyada həbs edilən şəxsin cəzası Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılıb Rusiya məhkəməsinin çıxardığı 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb
Hadisə
20 Oktyabr , 2016 11:10
Rusiyada həbs edilən şəxsin cəzası Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən Elşən Həsənovun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsinə baxılıb.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E.Həsənovun cəzası Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılıb. Rusiya məhkəməsinin çıxardığı 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb.

Qeyd edək ki, E.Həsənov Rusiya Federasiyasının Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham olunub.

O, Rusiyada 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. E.Həsənov daha sonra Azərbaycana təhvil verilib.

Son xəbərlər

Orphus sistemi