Rusiyada həbs edilən azərbaycanlı ekstradisiya edildi

Rusiyada həbs edilən azərbaycanlı ekstradisiya edildi Fətəliyev İlqar Qərib oğlu barəsində beynəlxalq axtarış elan olunub
Hadisə
189
18 Mart , 2021 10:32
Rusiyada həbs edilən azərbaycanlı ekstradisiya edildi

Rusiyada həbs edilən azərbaycanlı ekstradisiya edilib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Rusiya Federasiyasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan ərazisində cinayət törədən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilməsi barədə sorğu edilib.

Belə ki, Binəqədi rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən Fətəliyev İlqar Qərib oğlunun - qabaqcadan əlbir olan bir qrup şəxs halında, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə təkrar olaraq xeyli miqdarda özgə əmlakını ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Fətəliyev İlqar Qərib oğlu barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Baş Prokurorluğunun Rusiya Federasiyasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə İlqar Fətəliyev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.

Son xəbərlər

Orphus sistemi