Rusiyada güclü duman səbəbindən 45 avtomobil yol qəzasına düşüb

Rusiyada güclü duman səbəbindən 45 avtomobil yol qəzasına düşüb On doqquz yol nəqliyyat hadisəsi baş verib
Hadisə
11 İyun , 2016 07:51
Rusiyada güclü duman səbəbindən 45 avtomobil yol qəzasına düşüb

Bakı. 11 iyun. REPORT.AZ/ Rusiyanın Vladivostok vilayətində güclü duman səbəbindən 45 avtomobil yol qəzasına düşüb.

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, ikinci gündür davam edən qeyri-əlverişli hava şəraiti yol nəqliyyat hadisələrinin çoxalmasına səbəb olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüntünün pis olması səbəbindən iri avtomobil magistrallarından biri bağlanılıb.

"Ötən sutka ərzində "Sedanka-Patrokl" avtomobil yolunda 45 avtomobilin əzildiyi 19 yol nəqliyyat hadisəsi baş verib. Qəzaların hər birinə səbəb sürücülərin görməsini məhdudlaşdıran güclü dumanın olmasıdır" – deyə nazirliyin məlumatında bildirilir.

Fövqəladə Hallar Nazirliyinin Uzaq Şərq regional mərkəzinin mətbuat xidmətindən isə bildiriblər ki, qəzanın ən kütləvi olan bu avtomobil yolunda 40 avtomobil toqquşub. Magistral yollarda gecədən xeyli keçənədək yerində FHN və polis dəstələri fəaliyyət göstərib. Xoşbəxtlikdən insan tələfatı olmayıb.

Sinoptiklərin proqnozuna görə, yaxın günlərdə hava şəraitinin yaxşılaşması gözlənilmir. Bununla əlaqədar yol polisi sürücülərə ehtiyatlı olmağı məsləhət görüb.

Son xəbərlər

Orphus sistemi