Rusiyada federal axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb

Rusiyada federal axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb O, bilərəkdən saxta sənəddən istifadə etməkdə şübhəli bilinir
Hadisə
3 Yanvar , 2019 11:32
Rusiyada federal axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb

Bakı. 3 yanvar. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidmətinin Kalmıkiya Respublikası və Həştərxan vilayəti üzrə Sərhəd İdarəsinin əməkdaşları istintaqdan gizlənən Azərbaycan vətəndaşını saxlayıblar.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Saxlanılan şəxs keçən ilin avqustdan bəri federal axtarışda olub. Kişi bilərəkdən saxta sənəddən istifadə etməkdə şübhəli bilinir.

O, "Karauzek" keçid məntəqəsində Rusiyaya daxil olmaq üçün sənədlərə baxış zamanı saxlanılıb. Azərbaycan vətəndaşı növbəti prosessual addımlar üçün Rusiya Daxili İşlər Nazirliyinin Həştərxan vilayəti üzrə Baş İdarəsinə verilib.

Son xəbərlər

Orphus sistemi