Rusiyada doğum evində ölən azərbaycanlı xanımın ailəsi həkimlərin mühakimə edilməsinə çalışır

Rusiyada doğum evində ölən azərbaycanlı xanımın ailəsi həkimlərin mühakimə edilməsinə çalışır Vəkil: "Hesab edirik ki, ölümə tibb işçilərinin səhlənkarlığı səbəb olub"
Hadisə
13 Dekabr , 2016 13:40
Rusiyada doğum evində ölən azərbaycanlı xanımın ailəsi həkimlərin mühakimə edilməsinə çalışır

Bakı. 13 dekabr. REPORT.AZ/ Rusiyanın Blaqoveşensk şəhərində yerləşən doğum evində ölən hamilə qadının, azərbaycanlı Şuaynat Məmmədovanın doğmaları həkimlərin cinayət məsuliyyətinə cəlb olunmasına çalışır.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Dünyasını dəyişən qadının qohumları hamilə qadının ölüm səbəbləri barədə rəsmi bildiriş alıb. Patoloqanatomun rəyinə əsasən, qadının ölüm səbəbləri HELLP-şok sindromu, qan laxtalanmasının pozulması göstərilib.

Zərərçəkmiş ailənin vəkili açıqlamasında vilayət Səhiyyə Nazirliyinin və həkimlərin kəskin patologiyanın doğuşdan sonra müşahidə edilməsiylə bağlı iddialarını təkzib edib. Onun sözlərinə görə, ölümə tibb işçilərinin səhlənkarlığı səbəb olub. Vəkil istintaqa qədər yoxlama çərçivəsində tibbi müayinə komissiyasının yaradılacağını və ekspertizanın nəticələrindən sonra cinayət işinin açılıb-açılmayacağının dəqiqləşəcəyini bildirib.

Qeyd edək ki, mərhumun cəsədini ötən vətəninə göndəriblər, dəfn mərasimi dekabrın 10-da keçirilib. Vaxtından tez dünyaya gələn qız uşağına anasının adını veriblər və o, artıq reanimasiyadan vilayət uşaq xəstəxanasının şöbəsinə köçürülüb.

Son xəbərlər

Orphus sistemi