Yuxarı
    Bağlamaq

    Rusiyada deputat köməkçisi olan azərbaycanlı tutulub

    Dövlət Duması deputatının köməkçisi Elşad Hüseynov Bakıya uçmaq istəyib

    Bakı. 2 oktyabr. REPORT. AZ/ Moskvanın Şeremetyevo hava limanında pasport nəzarətindən keçərkən külli miqdarda dələduzluqda şübhəli bilinən azərbaycanlı Elşad Hüseynov saxlanılıb. "Report" Rusiya KİV-nə istinadən xəbər verir ki, saxlanılan şəxs Bakıya uçmaq istəyib.

    İstintaqın fərziyyəsinə görə, Dövlət Duması deputatının köməkçisi Elşad Hüseynovun daxil olduğu mütəşəkkil qrup 2011-ci ildən 2014-cü ilədək cinayət fəaliyyəti ilə məşğul olub. Onlar sistematik olaraq, Perm vilayətinin Mendeleyevo kəndi və Solikamsk şəhərində özəl tədarükçülərdən topdan taxta material alıb, sonradan Azərbaycan, İran, Çin və digər ölkələrə ixrac edərək, Rusiya Federasiyası büdcəsindən əlavə dəyər vergisinin qanunsuz ödəmələrini həyata keçirib. 

    Həmin faktlar üzrə 2014-cü ilin avqust ayında RF DİN-in Perm vilayəti üzrə Baş İstintaq İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda dələduzluq barədə iki cinayət işi açılıb. Hazırda dövlətə vurulan zərərin həcmi 101 mln. rubl dəyərində qiymətləndirilir. İlkin hesablamalara görə, dövlət büdcəsinə vurulan zərərin məbləği yarım milyard rubl təşkil edə bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi