​Rusiyada borca görə azərbaycanlının iki yaşlı övladı yandırılıb - FOTO - VİDEO

​Rusiyada borca görə azərbaycanlının iki yaşlı övladı yandırılıb - FOTO - VİDEO İsmayıl Hüseynovun evinə "Molotov kokteyli" atılıb
Hadisə
29 Yanvar , 2016 01:36
​Rusiyada borca görə azərbaycanlının iki yaşlı övladı yandırılıb - FOTO - VİDEO

Bakı. 29 yanvar. REPORT.AZ/ Rusiyanın Ulyanovsk vilayətində azərbaycanlı iş adamı İsmayıl Hüseynovun evini yandırmaqda şübhəli bilinən şəxs yaxalanıb. İlkin məlumatlara görə, cani iş adamından bir neçə min rubl borcu olan valideyninin qisasını alıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin vilayət üzrə İdarəsinin rəsmi saytında məlumat yerləşdirilib.

"Naməlum şəxs evin pəncərəsindən içəri yandırıcı qatışıqlı butulka atıb və yanğın baş verib. Nəticədə 56 yaşlı ev sakini əllərinin termik yanığı xəsarəti ilə xəstəxanaya müraciət edib. Bundan əlavə, onun üz və bazu önünün ikinci dərəcəli yanıq xəsarəti ilə 1,5 yaşlı nəvəsi də xəstəxanaya yerləşdirilib. Uşağın dəri örtüyünün 40%-ə qədəri yanıb", - deyə məlumatda bildirilir.

"Molotov kokteyli" Bakı vaxtı ilə gecə saat 4-də mikrokreditləşdirmə agentliklərindən birinin kollektoru tərəfindən evin pəncərəsindən içəri atılıb. Yanan maye qadın və Ruslan adlı uşağın yatdığı çarpayıya düşüb. Onların qışqırıq səsinə uşağın 56 yaşlı babası gəlib. O yanğını söndürüb, lakin özü də yanıq xəsarətləri alıb.

Zərərçəkən şəxs müalicə olunmaq məqsədi ilə 4 min rubl məbləğində kredit götürdüyünü və hadisənin pulu vaxtında qaytara bilməməsi səbəbindən kollektorlar tərəfindən törədildiyini bildirib. 

Polisin məlumatına görə, əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən və əvvəllər də cinayət məsuliyyətinə cəlb olunan 45 yaşlı vilayət sakini saxlanılıb.

"LifeNews" xəbər verir ki, saxlanılan E.Dmitri keçmiş polis işçisidir. O, 2008-ci ildə kapitan rütbəsində DİN-dən qovulub. E.Dmitri həmin vaxt 14 min şokolad və 2 ton konfet oğurluğunda müqəssir bilinərək 3 il müddətinə həbs olunub.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 167-ci maddəsi üzrə cinayət işi qaldırılıb. Hazırda cinayətkarı 5 ilədək həbs cəzası gözləyir.

İnsidentdən sonra Rusiyanın Federasiya Şurasının spikeri Valentina Matviyenko özbaşnalıq hallarının çoxalması ilə əlaqədar müvafiq qanun qəbul olunanadək kollektor agentliklərinin fəaliyyəti dayandırmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi