​Rusiyada sərnişin avtobusu aşıb, 16 nəfər xəsarət alıb

​Rusiyada sərnişin avtobusu aşıb, 16 nəfər xəsarət alıb Yaralılardan 3-ü uşaqdır
Hadisə
24 İyun , 2016 08:09
​Rusiyada sərnişin avtobusu aşıb, 16 nəfər xəsarət alıb

Bakı. 24 iyun. REPORT.AZ/ Rusiyada yol nəqliyyat hadisəsi baş verib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Krasnoyarsk dairəsinin Uyar rayonunda qeydə alınıb.

Belə ki, Uyar rayonundan Avd qəsəbəsi istiqamətində hərəkət edən sərnişin avtobusunun aşması nəticəsində salondakı 20 sərnişindən 16 nəfəri xəsarət alıb. Onlardan 3-ü uşaqdır.

Xəsarət alanlar Uyar rayon xəstəxanasına çatdırılıb və onlara tibbi yardım göstərilib. 

Faktla bağlı araşdırmalar aparılır.  

Son xəbərlər

Orphus sistemi