​Rusiyada azərbaycanlıya məxsus yarım ton meyvə-tərəvəz məhv edilib

​Rusiyada azərbaycanlıya məxsus yarım ton meyvə-tərəvəz məhv edilib Onun üzərində müvafiq sənəd olmayıb
Hadisə
7 Noyabr , 2015 01:29
​Rusiyada azərbaycanlıya məxsus yarım ton meyvə-tərəvəz məhv edilib

Bakı. 7 noyabr. REPORT.AZ/ Rusiya dövlət qurumlarının nümayəndələri Azərbaycan vətəndaşının Tolstoy meydanında satdığı 500 kq. həcmində meyvə və tərəvəz partiyasını məhv ediblər.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, insident noyabrın 6-da Dövlət Baytarlıq Müfəttişliyi əməkdaşlarının miqyaslı reydi zamanı baş verib.

Məlumata görə, Azərbaycan vətəndaşının meyvələrin satışı üçün icazə sənədi olmayıb. Nəticədə yarım ton həcmində olan meyvə və tərəvəzin məhv edilməsi barədə qərar qəbul olunub.

Dövlət idarəsindən bu kimi tədbirlərin bundan sonra da davam etdiriləcəyi bildirilib.

Son xəbərlər

Orphus sistemi