​Rusiyada azərbaycanlının evindən güllələnmiş qadın meyiti tapılıb

​Rusiyada azərbaycanlının evindən güllələnmiş qadın meyiti tapılıb Meyiti evi icarəyə götürən digər azərbaycanlı aşkar edib
Hadisə
4 May , 2015 06:50
​Rusiyada azərbaycanlının evindən güllələnmiş qadın meyiti tapılıb

Bakı. 4 may. REPORT.AZ/ Sankt-Peterburqun Kupçino rayonunda Pskov şəhərindən olan 37 yaşlı qadın güllələnib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, qarnından odlu silah yarası alan qadının meyiti mayın 2-si axşam saatlarında Sofiya küçəsində yerləşən 20 saylı binanın mənzilində aşkar edilib.

Qadın Pskov şəhər qeydiyyatında olub, lakin 2012-ci ilin oktyabrında qeydiyyatdan çıxıb. Onu mənzili icarəyə götürən 48 yaşlı azərbaycanlı aşkar edib. Mənzildə silah tapılmayıb.

Hazırda mənzilin digər kirayəçisi, 41 yaşlı Azərbaycan vətəndaşı axtarılır. Mənzilin sahibi də 57 yaşlı azərbaycanlıdır. Meyit tapılan zaman o, şəhər kənarında olub.

Ölənin cəsədi təyin olunan ekspertizaların keçirilməsi üçün morqa göndərilib.

Son xəbərlər

Orphus sistemi