Yuxarı

Rusiyada azərbaycanlının evindən 500 mln. dollar məbləğində heroin aşkar olunub

NNFX-nin ev sahibinin narkotiklərin tədarükündə əlinin olub-olmaması haqqında məlumatı yoxdur

Bakı. 31 oktyabr. REPORT.AZ/ Moskvaətrafının Kolıçevo kəndində Bakıdan olan keçmiş ŞHK ("KVN") üzvü, indi isə bankir işləyən İlqar Nazim oğlu İmanovun evindən ümumi dəyəri 500 mln. ABŞ dolları olan 174 kq heroin aşkar olunub götürülüb. "Report" "RİA-Novosti"yə istinadən xəbər verir ki, bu barədə RF Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidmətin (NNFX) rəisi Vasili Yurçenko məlumat verib.

47 yaşlı İ.İmanovun malikanəsini Tacikistandan olan iki vətəndaş mühafizə edib. Onlardan biri narkotik təsiri altında olub. Əməliyyat zamanı qruplaşmanın 6 üzvü həbs edilib. RF Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidmətinin direktoru Viktor İvanovun sözlərinə görə, qruplaşmanın başçısı kriminal dairələrdə kifayət qədər məşhur insandır.

Heroin ikimərtəbəli mühafizə evində aşkar olunub götürülüb. Narkotiklər Rusiyaya Orta Asiyadan furqonlarda gətirilib və banan qutularında gizlədilib. 

V.Yurçenkonun sözlərinə görə, İ.İmanov sorğuya çağırılıb. NNFX-nin onun narkotiklərin tədarükündə əlinin olub-olmaması haqqında məlumatı yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi