​Rusiyada azərbaycanlıların iştirakı ilə yol qəzası baş verib, ölən və yaralananlar var - FOTO

​Rusiyada azərbaycanlıların iştirakı ilə yol qəzası baş verib, ölən və yaralananlar var - FOTO Ağır yol qəzası nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb
Hadisə
28 May , 2015 04:50
​Rusiyada azərbaycanlıların iştirakı ilə yol qəzası baş verib, ölən və yaralananlar var - FOTO

Bakı. 28 may. REPORT.AZ/ Voronej polisi iki nəfərin öldüyü, beş nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyi ağır yol qəzasının hansı şəraitdə baş verdiyini araşdırmağa başlayıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin məlumatında bildirilir.

Yol qəzası Bakı vaxtı ilə mayın 27-də gecə saatlarında Voronej yaxınlığında M-4 "Don" federal trassında baş verib. DAF markalı avtoqatarın 44 yaşlı sürücüsü qarşıda gedən "Qazel"in sürəti azaldaraq sola dönməyə hazırlaşdığını vaxtında görməyib. Nəticədə yük maşını sürət ilə gələrək mikroavtobus və "VAZ-2106" markalı minik avtomobilini taranlayıb, daha sonra qarşı yola çıxaraq "Volkswagen Karavella" ilə toqquşub və yol kənarındakı xəndəyə düşüb.

Rusiyanın Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi ölən və yaralananlar haqqında məlumat açıqlayıb:

1. "Volkswagen Karavella"nın sərnişini, 1976-cı il təvəllüdlü Moskva vilayət sakini hadisə yerində ölüb

2. "Volkswagen Karavella"nın sürücüsü, 1979-cü il təvəllüdlü Volqoqrad vilayət sakini hadisə yerində ölüb

3. "Qaz-33022"nin sürücüsü, 1952-ci il təvəllüdlü Azərbaycan vətəndaşı yaralanıb

4. "Qaz-33022"nin sərnişini, 1961-ci il təvəllüdlü Azərbaycan vətəndaşı yaralanıb

5. "Qaz-33022"nin sürücüsü, 1985-ci il təvəllüdlü Azərbaycan vətəndaşı yaralanıb

6. "VAZ-21061"in qadın sürücüsü, 1987-ci il təvəllüdlü Rostov vilayət sakini yaralanıb

7. "Volkswagen Karavella"nın sərnişini, 1974-cü il təvəllüdlü Moskva sakini yaralanıb.

Son xəbərlər

Orphus sistemi