​Rusiyada azərbaycanlıların iştirakı ilə kütləvi dava baş verib

​Rusiyada azərbaycanlıların iştirakı ilə kütləvi dava baş verib İnsident nəticəsində 5 nəfər bıçaq xəsarəti alıb
Hadisə
10 May , 2015 08:45
​Rusiyada azərbaycanlıların iştirakı ilə kütləvi dava baş verib

Bakı. 10 may. REPORT.AZ/ Rusiyanın Rıbinski şəhərində 5 nəfərin bıçaq xəsarəti alması ilə nəticələnən kütləvi dava baş verib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, davada iştirak edənlərin bir hissəsi Tacikistan və Azərbaycan vətəndaşları olublar.

Hazırda hüquq-mühafizə orqanları hücum edənlərin şəxsiyyətini müəyyən etməyə çalışır, "Qəsdən sağlamlığa ağır zərər yetirmə" maddəsi üzrə cinayət işi açılıb.

Münaqişə gənclər arasında şəxsi ədavət zəminində baş verib. Dava "Qibris" kafesi yaxınlığında qeydə alınıb. Hadisə nəticəsində 5 nəfər xəsarət alsa da, onların dördü xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi