Rusiyada azərbaycanlıların iştirakı ilə iki atışma hadisəsi baş verib

Rusiyada azərbaycanlıların iştirakı ilə iki atışma hadisəsi baş verib Bakı. 28 avqust. REPORT.AZ/ Rusiya paytaxtı Moskva şəhərində avtomobil yolunda atışma baş verib.
Hadisə
28 Avqust , 2018 15:51
Rusiyada azərbaycanlıların iştirakı ilə iki atışma hadisəsi baş verib
0 : 00
0 : 00

Bakı. 28 avqust. REPORT.AZ/ Rusiya paytaxtı Moskva şəhərində avtomobil yolunda atışma baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, polis münaqişənin 18 iştirakçısını saxlayıb, üç nəfər xəstəxanaya yerləşdirilib.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, yaralılar qapallı kəllə travması, burun sümüyünün sınması, qarın nahiyəsində kəsici-deşici yara, dirsəyin kəsik yarası, ətraflarda güllə yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Öz növbəsində, Ermənistan KİV-ində saxlanılanlar arasında 7 erməni, 8 azərbaycanlı, 2 çeçen və 1 gürcünün olduğu xəbər verilib.

Qeyd olunur ki, münaqişəyə VAZ və "Mercedes" markalı avtomobillərin toqquşması səbəb olub. Qəzadan sonra sürücülər maşından düşərək münasibətləri aydınlaşdırmağa çalışıblar. Onlardan biri travmatik silah çıxarıb, o biri isə yük yerindən çəkic götürüb. Münaqişəyə sürücülərdən birinin sərnişinləri və hadisənin yaxınlığındakı məkanda işləyən dostları qoşulublar.

Eyni zamanda Moskvadakı Azərbaycan diasporunun nümayəndələri "Report"a bildiriblər ki, dünən Biryulyova rayonunda azərbaycanlıların iştirakı ilə başqa bir insient də yaşanıb. Yerli kafelərdən birində azərbaycanlılar və çeçenlər arasında baş tutan mübahisə davaya keçib, ardından atışma olub, yaralananlar var. Azərbaycanlılar arasında xəsarət alan yoxdur.

Son xəbərlər

Orphus sistemi