Rusiyada azərbaycanlı tələbənin yaşadığı evdə meyiti tapılıb

Rusiyada azərbaycanlı tələbənin yaşadığı evdə meyiti tapılıb O, reklam firmalarından birində çalışırmış
Hadisə
11 Oktyabr , 2017 12:12
Rusiyada azərbaycanlı tələbənin yaşadığı evdə meyiti tapılıb

Moskva. 11 oktyabr. REPORT.AZ/ Rusiyanın Novosibirsk vilayətinin Dzerjinskiy rayonunda azərbaycanlı tələbənin yaşadığı evdə meyiti aşkarlanıb.

"Report" xəbər verir ki, bu, 1999-cu il təvəllüdlü, Rusiya vətəndaşı Vadim İskəndər oğlu Məmmədovdur.

Novosibirsk şəhərindəki universitetlərin birində qiyabi ali təhsil alan V.Məmmədov yaşadığı rayonda reklam firmalarından birində çalışırmış. Tək yaşayan azərbaycanlı gəncin saxladığı itin mütəmadi hürməsindən narahat olan qonşuları onun qapısını döyüblər və cavab almadıqda polisə müraciət ediblər. 

Evə daxil olan sahə müvəkkili onun meyitini aşkarlayıb. Meyitin üzərində zorakılıq əlaməti aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi