Rusiyada azərbaycanlı ömürlük həbs cəzasına məhkum edilib

Rusiyada azərbaycanlı ömürlük həbs cəzasına məhkum edilib Bakı. 29 noyabr. REPORT.AZ/ Rusiyada azərbaycanlıya ömürlük həbs cəzası verilib.
Hadisə
29 Noyabr , 2017 18:05
Rusiyada azərbaycanlı ömürlük həbs cəzasına məhkum edilib

Bakı. 29 noyabr. REPORT.AZ/ Rusiyada azərbaycanlıya ömürlük həbs cəzası verilib.

"Report" Orenburq Vilayət Prokurorluğunun rəsmi saytına istinadən xəbər verir ki, məhkəmə Orenburq sakini, 33 yaşlı azərbaycanlı Rauf Qardaşovu birgə yaşadığı qadını və onların qızını qətlə yetirməkdə təqsirli bilib.

O, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Məhkəmə müəyyən edib ki, təqsirləndirilən 2017-ci il noyabrın 2-də mübahisə zəminində daha əvvəl birgə yaşadığı qadını 20 bıçaq zərbəsi ilə qətlə yetirib. Qadın aldığı xəsarətlərdən yerindəcə keçinib. Ardından azərbaycanlı elə həmin bıçaqla bu qadından olan 2012-ci il doğumlu qızını qətlə yetirib. Qız kəskin qan itirmədən ölüb.

Üstəlik, saxlanılan zamanı o, hüquq-mühafizə xidməti orqanlarına müqavimət göstərib, hətta onlardan birinə bıçaqla zərbə endirməyə çalışıb. 

Son xəbərlər

Orphus sistemi