Yuxarı

​Rusiyada azərbaycanlı narkotik alverçisi saxlanılıb - VİDEO

Şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Bakı. 11 fevral. REPORT.AZ/ Rusiyanın Primorski vilayətində iri həcmdə narkotik vasitə satışında şübhəli bilinən 41 yaşlı azərbaycanlının hüquqa zidd fəaliyyətinin qarşısı alınıb.

"Report" Rusiya KİV-nə istinadən xəbər verir ki, o, Naxodka şəhərinin Pastışev küçəsində saxlanılıb.

Şübhəli şəxs heroin satışı zamanı "Toyota Axio" markalı avtomobildən istifadə edib. Polis əməkdaşları saxlanılan şəxsin olduğu və yaşadığı yerlərdə axtarış aparıblar. Onun qanunsuz fəaliyyətini sübuta yetirən maddi dəlil, həmçinin 3 milyon rubldan çox pul vəsaiti götürülüb.

Faktla bağlı Rusiya Daxili İşlər Nazirliyinin Naxodka şəhəri üzrə İstintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 228-ci maddəsi üzrə cinayət işi açılıb.

Şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxsin həyat yoldaşı da narkotik cinayətlərinə görə azadlıqdan məhrum edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi