Moskvada azərbaycanlı kriminal avtoritet saxlanılıb

Moskvada azərbaycanlı kriminal avtoritet saxlanılıb O, kriminal aləmdə “Tolik Noqinski” kimi tanınır
Hadisə
18 Aprel , 2015 22:50
Moskvada azərbaycanlı kriminal avtoritet saxlanılıb

Bakı. 18 aprel. REPORT.AZ/ Aprelin 16-sı axşam saatlarında Moskva vilayətinin Noqinsk şəhərində Cinayət Axtarış İdarəsi əməkdaşlarının “Bulat” xüsusi təyinatlıları ilə apardığı birgə əməliyyat nəticəsində “qanuni oğru” olan Azərbaycan vətəndaşı, kriminal aləmdə “Tolik Noqinski” kimi tanınan 32 yaşlı Taleh Dağlıyev saxlanılıb.

“Report” Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin saytına istinadən xəbər verir ki, şəxsi yoxlama zamanı saxlanılan şəxsin üzərindən xarici istehsal olan tapança aşkar edilərək götürülüb.

Müəyyən edilib ki, tapança odlu silah kateqoriyasına daxildir və onun üzərində olan üç ədəd güllə atəş açmaq üçün yararlıdır.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222-ci maddəsi üzrə cinayət işi qaldırılıb. Maddə 4 il müddətinədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Saxlanılan şəxsin əvvəllər Moskva vilayti ərazisində törədilən cinayətlərdə iştirakı yoxlanılır.

Son xəbərlər

Orphus sistemi