Rusiyada iş adamı Zülfüqar Əsədovu güllələyən azərbaycanlı killerə hökm oxunub

Rusiyada iş adamı Zülfüqar Əsədovu güllələyən azərbaycanlı killerə hökm oxunub Sui-qəsdin təşkilatçı və icraçılarına ümumilikdə 54 il iş kəsilib
Hadisə
29 Sentyabr , 2015 00:23
Rusiyada iş adamı Zülfüqar Əsədovu güllələyən azərbaycanlı killerə hökm oxunub

Bakı. 29 sentyabr. REPORT.AZ/ Volqoqradda 18 iyun 2014-cü il tarixində azərbaycanlı iş adamı Zülfüqar Əsədova qarşı törədilən sui-qəsd təşkilatçıları və icraçılarına hökm oxunub.

"Report"un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, müəyyən olunub ki, müttəhimlərdən ikisi qardaşdır və onların zərərçəkən ilə ədavət və "qan düşmənçiliyi" olub.

Onlar iş adamının qətli üçün əvvəllər silsilə ağır cinayətlər törətdiyinə görə 10 il həbsdə olan əslən azərbaycanlı killer tutublar.

Ötən ilin yayında Əsədov öz avtomobilinə əyləşmək istəyərkən, yaxınlıqdan keçən "Audi"də olan naməlum şəxslər ona avtomat silahdan atəş açıblar. Nəticədə o ağır yaralanıb, lakin həkimlərin səyləri sayəsində sağ qalıb.

Hadisədə şübhəli bilinən dörd şəxsdən üçü polis əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmə sifarişçi qismində çıxış edən qardaşlardan birini 14, digərini isə 13 il müddətinə azadlıqdan məhrum edib. Onların hər ikisi cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Cinayəti törədən azərbaycanlı cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 15 il müddətinə məhkum edilib. Onun sürücüsünə 12 il iş kəsilib.

Onlara qarşı çıxarılan məhkəmə hökmü hələ ki, öz hüquqi qüvvəsinə minməyib.

Qeyd edək ki, Zülfüqar Əsədov ötən şənbə evinin qarşısında güllələnib. Naməlum şəxslər onun içində olduğu "Lexus" markalı avtomobili atəşə tutublar. İş adamı aldığı güllə yaralarından dünyasını dəyişib.

Hazırda cinayətkarların axtarışı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi