Rusiyada azərbaycanlı ailə avtomobil qəzasına düşüb, ana və 2 övladı ölüb

Rusiyada azərbaycanlı ailə avtomobil qəzasına düşüb, ana və 2 övladı ölüb Rusiyadan Azərbaycana gələn ailə üzvləri avtomobil qəzasına düşüb, ölənlər və yaralananlar var.
Hadisə
1726
25 Avqust , 2021 09:19
Rusiyada azərbaycanlı ailə avtomobil qəzasına düşüb, ana və 2 övladı ölüb

Rusiyadan Azərbaycana gələn ailə üzvləri avtomobil qəzasına düşüb, ölənlər və yaralananlar var.

"Report"un məlumatına görə, hadisə Dərbənd ərazisində qeydə alınıb.

Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində Rusiyada yaşayan, əslən Daşkəsən rayonundan olan ailənin 3 üzvü, ana və 2 azyaşlı övladları hadisə yerində dünyasını dəyişiblər. Sürücü, qadının həyat yoldaşı və digər övladı isə ağır xəsarətlər alıb.

Sürücünün komada olduğu bildirilir.

Qeyd edək ki, dünyasını dəyişənlər artıq Azərbaycana gətirilib və Gəncə şəhərində dəfn ediliblər.

Faktla bağlı Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi