Rusiyada azərbaycanlı hamilə qadının ölümü ilə bağlı cinayət işi açılıb

Rusiyada azərbaycanlı hamilə qadının ölümü ilə bağlı cinayət işi açılıb Həkimlər xəstənin ölümü ilə nəticələnən peşəkar vəzifələrinin düzgün yerinə yetirilməməsində şübhəli bilinir
Hadisə
31 Yanvar , 2017 10:14
Rusiyada azərbaycanlı hamilə qadının ölümü ilə bağlı cinayət işi açılıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Rusiyada Azərbaycandan olan hamilə qadın Şuaynat Məmmədovanın Blaqoveşensk doğum evində ölümü ilə bağlı cinayət işi açılıb.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, həkimlər xəstənin ölümü ilə nəticələnən peşəkar vəzifələrinin düzgün yerinə yetirilməməsində şübhəli bilinir. Bu maddə üzrə maksimum sanksiya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzasıdır.

Xatırladaq ki, 23 yaşlı hamilə Şuaynat Məmmədova ötən il dekabrın əvvəllərində Blaqoveşensk doğum evində ölüb. Qadın hamiləliyinin 8,5 ayında qanaxma ilə xəstəxanaya müraciət edib. O, təcili olaraq qeysəriyyə əməliyyatı olunub. Həkimlərin sözlərinə görə, zahı qadında nadir qan xəstəliyi olub və o, inkişaf prosesində olub.

Ancaq mərhumun yaxınları həkimlərə inanmırlar və onlar vəkilə müraciət edərək müstəqil ekspertizanın keçirilməsini tələb edirlər.

Son xəbərlər

Orphus sistemi