Bakı. 6 yanvar. REPORT.AZ/ Rusiyanın Stavropol diyarında marşrut mikroavtobusun aşması nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının sayı 8 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyası
"Onların hamısı Levokumski və Budennovski rayonlarının tibb müəssisələrinə çatdırılıblar, orada yaralılara lazımi tibbi yardım göstərilir", - deyə məlumatda bildirilir.
***13:35:
Bakı. 6 yanvar. REPORT.AZ/ Rusiyanın Stavropol diyarında Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus aşıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya
"Saat 10.45-də (Bakı vaxtı ilə 11:45) Levokumski kəndinin 1 kilometrliyində Bakı-Moskva marşrutu ilə Azərbaycan vətəndaşlarını daşıyan "Mercedes" markalı marşrut mikroavtobusunun aşması barədə məlumat daxil olub", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, mikroavtobusda 13 nəfər olub:
"İlkin məlumata görə, 6 nəfər yaralanıb. Xəsarət alanlar Levokumski rayon xəstəxanasına aparılıb. Yanğın olmayıb, yol bağlanmayıb".