Rusiyada Azərbaycan vətəndaşını döyən iki qadına hökm oxunub

Rusiyada Azərbaycan vətəndaşını döyən iki qadına hökm oxunub Rusiyalılar ittihamları qəbul etməyiblər
Hadisə
12 Avqust , 2017 16:53
Rusiyada Azərbaycan vətəndaşını döyən iki qadına hökm oxunub

Bakı. 12 avqust. REPORT.AZ/ Rusiyanın Usinsk şəhərində Azərbaycan vətəndaşını döyən iki qadına hökm oxunub.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə 2016-cı ilin mart ayında baş verib.

Məlumata görə, azərbaycanlı qadın yataqxanada yaşayırmış. Rusiyalı olan iki qonşusu onu milli nifrət zəmində döyüblər, sonradan isə onu ölümlə təhdid ediblər.

Məhkəmənin qərarı ilə azərbaycanlıya qarşı zorakılıq hərəkətləri törədən və xəsarət yetirən qadınlar 1 il 6 ay həbs cəzası alıblar. Məhkəmə həbsdən əlavə onlara 2 il sınaq müddəti təyin edib. Rusiyalı qadınlar ittihamları qəbul etməyiblər. Ona görə də məhkəmənin qərarı qüvvəyə minməyib.

Son xəbərlər

Orphus sistemi