Rusiyada Azərbaycan vətəndaşı qətlə yetirildi

Rusiyada Azərbaycan vətəndaşı qətlə yetirildi Rusiyanın Petrozavodsk şəhərində Azərbaycan vətəndaşı qonşusu tərəfindən qətlə yetirilib.
Hadisə
19 Mart , 2020 11:48
Rusiyada Azərbaycan vətəndaşı qətlə yetirildi

Rusiyanın Petrozavodsk şəhərində Azərbaycan vətəndaşı qonşusu tərəfindən qətlə yetirilib.

“Report” “Moskovskiy komsomolets”ə istinadən xəbər verir ki, polis artıq həmvətənimizi öldürməkdə şübhəli bilinən 56 yaşlı iş adamını saxlayıb.

Qeyd olunur ki, Azərbaycan vətəndaşı ilə mübahisədən sonra şübhəli 56 yaşlı iş adamı Yevgeni Yablokov onu silahla vurub və nəticədə həmvətənimiz yerindəcə ölüb. Şübhəli şəxs qaçıb gizlənsə də, polis onu saxlayıb. Müəyyən edilib ki, Y.Yablokov Azərbaycan vətəndaşı ilə qonşu olub. Yerli biznes cəmiyyətində isə onun psixi xəstəlikdən əziyyət çəkdiyi vurğulanıb.

Hazırda hadisənin başvermə şəraiti, eləcə də cinayətin motivi araşdırılır. Zəruri məhkəmə ekspertizaları təyin edilib, cinayət işinin istintaqı davam edir.

Son xəbərlər

Orphus sistemi