Rusiyada Azərbaycan vətəndaşı öldürülüb

Rusiyada Azərbaycan vətəndaşı öldürülüb Rusiyanın Sankt-Peterburq şəhərində 33 yaşlı Azərbaycan vətəndaşı ölü tapılıb.
Hadisə
25 May , 2020 11:37
Rusiyada Azərbaycan vətəndaşı öldürülüb
Report
0 : 00
0 : 00

Rusiyanın Sankt-Peterburq şəhərində 33 yaşlı Azərbaycan vətəndaşı ölü tapılıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, mayın 23-də bir nəfər şirkət rəhbəri polisə zəng vuraraq evində meyit olduğunu bildirib. Hadisə yerinə gələn polis döş nahiyəsində bıçaq yarası, baş hissəsində isə əzik olan 33 yaşlı şəxsin meyiti aşkarlayıb.

Həmin gün axşam saatlarında isə ev sahibi polisə gələrək Azərbaycan vətəndaşı ilə mübahisə edərək onu bıçaqla öldürdüyünü, yarımsaat sonra isə polisə zəng vurduğunu etiraf edib.

Son xəbərlər

Orphus sistemi