Bakı. 18 sentyabr. REPORT.AZ/ Rusiyanın Vladimir vilayətinin Kovrov şəhərində Azərbaycan vətəndaşı maşın təmiri zamanı təsadüfən dostunun başına çəkiclə vurub.
Bu barədə "Report" Rusiya KİV-lərinə istinadən xəbər verir.
Belə ki, Azərbaycan vətəndaşı qarajda maşın təmir edərkən ona kömək edən dostunun başına səhvən çəkiclə xəsarət yetirib.
Kəllə-beyin travması alan kişi hadisə yerində vəfat edib.
Kovrov Şəhər Məhkəməsi Azərbaycan vətəndaşını ehtiyatsızlıqdan ölümə səbəb olmaqda günahkar bilərək 8 ay islah işlərinə məhkum edib. Bundan başqa, onun gəlirinin 10 faizi dövlət tərəfindən tutulacaq.