​Rusiyada Azərbaycan vətəndaşı axtarışa verilib - FOTO

​Rusiyada Azərbaycan vətəndaşı axtarışa verilib - FOTO İstintaq orqanlarından qaçan Mahir Adilov Zərdab rayonundandır
Hadisə
25 Dekabr , 2015 07:26
​Rusiyada Azərbaycan vətəndaşı axtarışa verilib - FOTO

Bakı. 25 dekabr. REPORT.AZ/ Rusiya Daxili İşlər Nazirliyinin Komsomolski üzrə Nəqliyyatda Xətt şöbəsi istintaq orqanlarından qaçan Azərbaycanın Zərdab rayonunun Məlikli kəndindən olan 11.08.1971-ci il təvəllüdlü Adilov Mahir Rafail oğlunu axtarışa verib.

"Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1 maddəsinin 1-ci hissəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinir.

Onun əlamətləri: boyu təqribən 170 sm; orta bədən quruluşlu; üz quruluşu oval; gözləri qara; saçı qısa, düz.

Son xəbərlər

Orphus sistemi