​Rusiyada Azərbaycan nömrə nişanı ilə qəza törədən şəxs axtarılır

​Rusiyada Azərbaycan nömrə nişanı ilə qəza törədən şəxs axtarılır Hadisə nəticəsində bir nəfər xəsarət alıb
Hadisə
5 Aprel , 2015 13:17
​Rusiyada Azərbaycan nömrə nişanı ilə qəza törədən şəxs axtarılır

Bakı. 5 aprel. REPORT.AZ/ Rusiyanın Bryansk şəhərində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan sürücü axtarışa verilib.

"Report" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Yol Hərəkəti Təhlükəsizliyi Dövlət Müfəttişliyinin Bryansk şəhəri üzrə şöbəsinin məlumatında bildirilir.

Qəza aprelin 3-də, gecə saatlarında Lenin prospektində qeydə alınıb. Hadisə "KİA" və "Renault" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.

Qəza nəticəsində "KİA"nın qadın sərnişini xəsarət alıb. Hadisəni törədən "Renault"un sürücüsü hadisə yerindən yayınıb. Məlumata görə, avtomobil Azərbaycan Respublikasının dövlət nömrə nişanı (90 ZE 970) ilə idarə olunub .

Son xəbərlər

Orphus sistemi