Rusiyada Azərbaycan əsilli şəxs axtarışa verilib

Rusiyada Azərbaycan əsilli şəxs axtarışa verilib Gənc oğlan pul seyfini oğurlamaqda şübhəli bilinir
Hadisə
17 Noyabr , 2017 01:04
Rusiyada Azərbaycan əsilli şəxs axtarışa verilib

Bakı. 17 noyabr. REPORT.AZ/ Rusiyanın Leninqrad vilayətində Novqorodda iş adamının seyfini oğurlayan gənc oğlan axtarılır.

“Report” "47news" portalına istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının məlumatında bildirilir.

Müəyyən edilib ki, noyabrın 15-i axşam saatlarında Novqorod vilayətinin Pestova şəhər polisinə yerli sahibkar müraciət edib. O, 300 min rubl vəsaitin (4979.34 dollar) saxlanıldığı seyfinin yoxa çıxdığını bildirib.

İri dəmir qutu Slavnı küçəsində yerləşən binanın mühasibatlıq şöbəsindən aparılıb. Oğurluğun 14 noyabrdan ayın 15-nə keçən gecə baş verdiyi ehtimal edilir.

Hadisədə bir həftə sonra 27 yaşını qeyd edəcək Azərbaycan əsilli şəxs şübhəli bilinir. Məlumdur ki, o, Pestovoda inzibati nəzarət altında olub.

Son xəbərlər

Orphus sistemi